Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa çağırıb
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporuna müraciət edib. Həyata keçirilən antiteror tədbirlərindən böyük narahatlıq keçirən və çıxılmaz vəziyyətə düşən Ermənistan hökumətinin və onun maliyyələşdirdiyi separatçı rejimin Azərbaycan ərazisində, erməni diasporunun isə xarici ölkələrdə həmvətənlərimizə qarşı terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirəcəyi də istisa edilmir. " Xüsusilə son dövrlər erməni diasporunun aqressivləşdiyini nəzərə alsaq, onların daha çox məskunlaşdığı və Ermənistanın havadarları qismində çıxış edən dövlətlərdə yaşayan soydaşlarımızı təxribatlara uymamağa və ehtiyatlı olmağa səsləyirik"-deyə komitədən bildirilib.