Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulur
2021-06-22 12:00
Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulur. 31 kilometr uzunluğunda olan yol boyu torpaq işləri, yol yatağı və yol əsasının inşası aparılır, su keçidinin tikintisi işləri görülür. Yolun 25-ci kilometrində yerləşən mövcud 2 ədəd körpünün də bərpası nəzərdə tutulur. Yol 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirir.
Nərgiz camal