Dünya azərbaycanlıları antiterror tədbirləri ilə bağlı bəyanat yayıb
Dünya azərbaycanlıları Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda başlatdığı lokal xarakterli antiterror tədbirləri ilə bağlı bəyanat yayıb. "Biz dünya dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edərək, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən dərhal və tamamilə çıxarması, mina xəritələrini Azərbaycana təqdim etməsi və ən qısa zamanda Azərbaycanla sülh müqaviləsi imzalaması üçün təsir göstərməyə çağırırıq" - deyə məlumatda qeyd edilir.
Lalə Nəsib