Bort kompüteri polisdən qaçırmaq istəyən sürücünün işi prokurorluğa göndərilib
Bərdədə polisin əlindəki bort kompüteri alaraq qaçmağa cəhd edən sürücünün işi prokurorluğa göndərilib. Telman Həsənovun barəsində rayon polis şöbəsində toplanmış materiallara müvafiq qaydada baxılıb hüquqi qiymət veriləcək. Rayon məhkəməsində sürücü olan Telman Həsənov dayanma-durma qaydalarını pozduğuna görə üzərində əlavə avadanlıq quraşdırılan "QAZ-24" markalı avtomobilinə protokol tərtib edildiyinə görə polislə mübahisə edib.
Fərid Mehdiyev