Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verib
Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Haaqa Məhkəməsi Putini uşaqların qanunsuz deportasiyası və insanların Ukraynadan Rusiyaya qanunsuz keçirilməsində şübhəli bilərək həbsi barəsində qərar çıxarıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya üçün heç bir əhəmiyyəti olmadığını açıqlayıb.
Vüsalə Cənnətova