Bakıda kafe yanıb
Bakıda Binəqədi-Xırdalan şosesində yerləşən kafedə yanğın baş verib. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın ümumi sahəsi 160 m² olan kafedə baş verib, genişlənərək bitişik obyektlərə keçmək riski yüksək olub. Yanğın nəticəsində kafenin mətbəxində 5 m² sahədə əşyalar, 10 m² sahədə tavan və 80 m² sahədə dam örtüyü yanıb. Kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Fərid Mehdiyev