Azərbaycanın ATƏT PA-nın nümayəndə heyətinin üzvləri Marqareta Sederfelt ilə görüşüblər
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Assambleyanın sədri Marqareta Sederfelt ilə görüşüblər. Azərbaycanın müharibədən sonra regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunması üçün irəli sürdüyü təşəbbüslər və atdığı addımlar barədə məlumat verilib. Məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmasını nəzərdə tutan “Böyük Qayıdış” proqramından bəhs edilib, işğal vaxtı Ermənistan tərəfindən həyata keçirilmiş kütləvi minalamanın yenidənqurma işlərinə əngəl törətdiyi diqqətə çatdırılıb.
Nərgiz Camalzadə