Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi başlayır
Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start veriləcək. İlk olaraq C, H və J qruplarında səkkiz oyun keçiriləcək. Günün maraqla gözlənilən qarşılaşmasında İtaliya İngiltərəni qəbul edəcək.
C qrupunda, həmçinin, Şimali Makedoniya - Malta oyunu olacaq.
H və J qruplarının hər birində isə 3 qarşılaşma baş tutacaq.
Vəfa Şairova