Ağcabədi sakinində silah-sursat aşkarlanıb
Ağcabədi polisi rayon sakini Hüseyn Əhmədovdan 1 ədəd "AK-74" markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 4 ədəd patron aşkar edilərək götürüb. Eyni zamanda rayon sakinlərində müvafiq sənədləri olmayan ov tüfəngləri də aşkarlanıb. Faktlarla bağlı araşdırmalar aparılır.