Ağırlıqqaldıranlarımız İrəvanda keçiriləcək Avropa çempionatına qatılmaq istəyirlər
Azərbaycan ağırlıqqaldıranları 15-23 aprel tarixlərində Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirak etmək istəyirlər. Prosedur qaydalarına uyğun olaraq, Ermənistan tərəfi təhlükəsizliklə bağlı zəmanət verəcəyi halda, Azərbaycan komandası Avropa çempionatında iştirak edəcək.
Vəfa Şairova