14 yaşlı oğlanı ilan sancıb
Goranboyun Gülməmmədli kəndində yerli sakin - 2009-cu il təvəllüdlü Şahmərdan Cəfərov mal-qara otaran zaman ayağından ilan sancıb. O, yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. 14 yaşlı oğlana ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyətinin kafi olduğu bildirilir.
Nərgiz Camalzadə