“Real Madrid”in futbolçusu mövsümün sonuna qədər cəzalandırıla bilər
İspaniyanın “Real Madrid” klubunun futbolçusu Vinisyus Junior mövsümün sonuna qədər cəzalandırıla bilər. Buna səbəb braziliyalı hücumçunun La Liqanın XXXV turunda “Valensiya” ilə görüşdə kobud davranışıdır. Qarşılaşmanın baş hakimi Rikardo de Burqos Benqoeçea onun qırmızı vərəqə aldığı hərəkətini protokolda “topun meydanda olmadığı anda rəqibin üzünə vurulan zərbə, futbolçular arasında kütləvi dava” kimi qeyd edib. Cəzanın müddəti 3 matçlıq olsa, 23 yaşlı forvard “kral klubu”nun cari mövsümdəki son üç görüşündə meydana çıxa bilməyəcək.
Nərgiz Camalzadə