“Gəncə” və “Sabah” komandaları final seriyasında 3-cü dəfə üz-üzə gələcəklər
Azərbaycan Basketbol Liqasında bu gün final seriyasının üçüncü oyunu keçiriləcək. “Sabah” və “Gəncə” komandaları saat 19:30-da “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər. İlk görüşdə paytaxt təmsilçisi, ikinci qarşılaşmada isə gəncəlilər qələbə qazanıb. Hazırda seriyada hesab bərabərdir - 1:1. Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun baş tutacaq.
Nərgiz Camalzadə