“Günnüt əməliyyatı”dan 5 il keçir
Uğurlu “Günnüt əməliyyatı”nın başlanmasından 5 il keçir. 2018-ci ilin bu günündə başlayan əməliyyatla Naxçıvanın minlərlə hektar ərazisi və Şərurun Günnüt kəndi düşməndən azad edilərək, dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazinin, həmçinin Qızılqaya yüksəkliyinin azad edilməsi ilə düşmən ərazisindən keçən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna birbaşa nəzarət etmək imkanı yaranıb.
Vüsalə Cənnətova