Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır.Ordubadda keçirilən III “Qərbi Azərbaycana qayıdış” konqres-festivalında çıxış edən Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.Qərbi Azərbaycan İcmasının əsas məqsədi deportasiya olunmuş soydaşların hüquqlarının müdafiəsi və onların sülh yolu ilə doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurla başa çatması gələcəkdə insanların öz yurdlarına qayıtmasına imkan yarada bilər. O, həmçinin bu gün Azərbaycan və Ermənistan arasında yeni münasibətlər mərhələsinin formalaşması üçün imkanlar yarandığını bildirib.

