Zaxarova: Azərbaycanın Avropa Parlamenti ilə bağlı qərarına təəccüblənmədik
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını şərh edərək bildirib ki, Avropa Parlamenti ilə hər cür təmasları kəsmək Bakının suveren qərarıdır, bu qərar təəccüb doğurmur. Azərbaycan bu strukturun ədəbsizliyi, hörmətsizliyi və suveren dövlətlərin daxili işlərinə birbaşa müdaxiləsi ilə üzləşən yeganə dövlət deyil.Qeyd edək ki, 2026-cı il mayın 1-də Azərbaycanın Milli Məclisi Avropa Parlamenti və onun bir sıra strukturları ilə əməkdaşlığın dayandırıldığını bəyan edib.
url:
http://kepezfm.az/xeberler/zaxarova-az%C9%99rbaycan%C4%B1n-avropa-parlamenti-il%C9%99-ba%C4%9Fl%C4%B1-q%C9%99rar%C4%B1na-t%C9%99%C9%99cc%C3%BCbl%C9%99nm%C9%99dik

