Zamiq Hüseynov sevgilisindən ayrıldı

Zamiq Hüseynov sevgilisindən ayrıldı

Müğənni Zamiq Hüseynovun sevgilisindən ayrıldığı xəbəri yayılıb. Sənətçi evlənmək planının təxirə düşdüyü açıqlamasını verib:
"Evlənmək istəyirdim, amma alınmadı. Heç vaxt kimisə günahlandırmıram. Hər il deyirəm ki, bu il evlənəcəm. İnanıram ki, həyatda olanlar xeyirə doğrudur. Bunların arxasında mütləq yaxşı nəsə var. Hər gün dua edirəm ki, pis insanlardan uzaq olum".

Mehman Abbaszadə