Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
Zəngilan rayonunda məktəblilər arasında Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib.Tədbir Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Veloyürüşdə Zəngilan şəhər, Ağalı və Məmmədbəyli kənd məktəblərinin şagirdləri, eləcə də milli komandanın üzvləri iştirak ediblər. Sonda məktəblilərə velosiped və qoruyucu dəbilqələr hədiyyə olunub.
url:
http://kepezfm.az/xeberler/z%C9%99ngilanda-8-noyabr-%E2%80%93-z%C9%99f%C9%99r-g%C3%BCn%C3%BCn%C9%99-h%C9%99sr-olunmu%C5%9F-veloy%C3%BCr%C3%BC%C5%9F-ke%C3%A7irilib

