Zəngilanda 2-ci yaşayış məhəlləsinin tikintisinə vəsait ayrılacaq
Zəngilanda 2-ci yaşayış məhəlləsinin tikintisi üçün 26,6 milyon manatlıq müqavilə imzalanıb.Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yaşayış evləri ilə yanaşı, avtomobil və dəmir yolları, sosial və digər zəruri infrastruktur da qurulur. Məqsəd keçmiş məcburi köçkünlərin təhlükəsiz, dayanıqlı və müasir şəraitdə doğma torpaqlarına qayıdışını təmin etməkdir.
url:
http://kepezfm.az/xeberler/z%C9%99ngilanda-2-ci-ya%C5%9Fay%C4%B1%C5%9F-m%C9%99h%C9%99ll%C9%99sinin-tikintisin%C9%99-v%C9%99sait-ayr%C4%B1lacaq

