Zəngilanın azad edilməsindən 6 il ötür
Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən altı il ötür.2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusu Zəngilan şəhərini və rayonun altı kəndini işğaldan azad edib.Azadlıqdan sonra rayonda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib, Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib.Prezident İlham Əliyevin sərəncamına əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü kimi qeyd olunur.
url:
http://kepezfm.az/xeberler/z%C9%99ngilan%C4%B1n-azad-edilm%C9%99sind%C9%99n-6-il-%C3%B6t%C3%BCr

