Zəngəzur dəhlizinin Türkiyə hissəsində işlər 4-5 ilə başa çatdırılacaq
Türkiyə Zəngəzur dəhlizinin öz ərazisinə düşən hissəsində tikinti işlərini yaxın 4-5 il ərzində başa çatdırmağı planlaşdırır. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib ki, layihə üzrə işlər artıq başlayıb və bu məsələ Almaniyada azərbaycanlı həmkarı Rəşad Nəbiyevlə keçirilən görüşdə də müzakirə olunub. Azərbaycan da Naxçıvan istiqamətində işlərə start verib və layihə tam başa çatdıqdan sonra dəhlizdən rahat istifadə mümkün olacaq.
url:
http://kepezfm.az/xeberler/z%C9%99ng%C9%99zur-d%C9%99hlizinin-t%C3%BCrkiy%C9%99-hiss%C9%99sind%C9%99-i%C5%9Fl%C9%99r-4-5-il%C9%99-ba%C5%9F-%C3%A7atd%C4%B1r%C4%B1lacaq

