Zülfiyyə yaxın günlərdə yeni klipi ilə izləyicilərin qarşısına çıxacağını deyib

Zülfiyyə yaxın günlərdə yeni klipi ilə izləyicilərin qarşısına çıxacağını deyib

Xalq artisti Zülfiyyə yaxın günlərdə yeni klipi ilə izləyicilərin qarşısına çıxacağını deyib.Yaxın günlərdə işıq üzü görəcək klipinin romantik bir mahnısı olduğunu bildirib. Musiqisi Hakan Erola, sözləri Leyliyə aid olan yeni layihə hazırda montaj prosesindədir. Bildirək ki, ekran işi Bakıda çəkilib. Sənətçi son zamanlar çəkilən kliplərə də münasibət bildirərək Röyanın çəkdiyi klipləri çox bəyəndiyini qeyd edib.

Nurlana Abdullayeva

2019-04-08 / 16:15