Yol qəzasında 4 nəfər xəsarət alıb
Zərdabda 1951-ci il təvəllüdlü Cavanşir Məmmədovun idarə etdiyi "Opel Astra" Ağdam sakini 1988-ci il təvəllüdlü İsa Bəxtiyarovun idarə etdiyi "Kia Forte" markalı avtomobil toqquşub.Nəticədə hər iki sürücü və sərnişin qismində olan Ağdam sakinləri - 1963-cü il təvəllüdlü Vidadi Bəxtiyarov və 2011-ci il təvəllüdlü yeniyetmə oğlan xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/yol-q%C9%99zas%C4%B1nda-4-n%C9%99f%C9%99r-x%C9%99sar%C9%99t-al%C4%B1b

