Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub
Yevlaxın Duzdağ qəsəbəsində hərəkətdə olan "Mercedes Vito" markalı avtomobil "KamAZ" markalı yük avtomobili ilə toqquşub.Qəza nəticəsində "Mercedes Vito"nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax sakini Altay Qasımov hadisə yerində ölüb.Avtomobildə olan digər sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir sakini İsmət Qasımov isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.Həkimlərin səylərinə baxmayaraq, onun da həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/yevlaxda-minik-avtomobili-y%C3%BCk-ma%C5%9F%C4%B1n%C4%B1-il%C9%99-toqqu%C5%9Fub

