Yeni qruplaşma - Aygün, Rəhim və Natavan...

Yeni qruplaşma - Aygün, Rəhim və Natavan...

“Natavanın yerində olsaydım, Aygün Kazımova ilə mənə qoşulardım. Üçümüz “Həbibim” mahnısını ifa edərdik. Niyə də yox?”.

Bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli açıqlamasında deyib.

İfaçı şou-biznesdəki yeni qruplaşmadan danışıb. O, xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibini barışığa səsləyib.

R.Rəhimlinin bu təklifinə Aygün Kazımova da müsbət yanaşdığını bildirib:

“Biz yaradıcı insanlarıq. Ortaya layihələr çıxarmalıyıq. Təbii ki, razıyam. Niyə olmasın? Mən təsəvvür edirəm, çox maraqlı olar”.

N.Həbibi də R.Rəhimlinin təklifinə müsbət yanaşıb:

“H-trio” olar. “W-trio” artıq olub. Mənə hələ heç kəs təklif etməyib. Xahiş edirəm, yazılı şəkildə mənə təklifinizi bildirin. Sizin cavabınızı gözləyirəm”.

Ayşən Zeynallı