Yasamalda silahlı insident - 2 nəfər yaralandı
Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib. Bu gecə baş verən silahlı insident zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər xəsarət alıblar. Hadisənin motivləri və təfərrüatı araşdırılır. Hazırda polis əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri görülür.
url:
http://kepezfm.az/xeberler/yasamalda-silahl%C4%B1-insident-2-n%C9%99f%C9%99r-yaraland%C4%B1

