Yardımlıda narkotik vasitə dövriyyədən çıxarılıb
Yardımlı polisinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyatla qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 51 yaşlı Şahməddin Alıyev saxlanılıb.Ondan ümumilikdə 8 kiloqramdan artıq narkotik vasitə və 180 ədəd psixotrop tərkibli həb aşkarlanıb.Faktla bağlı saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/yard%C4%B1ml%C4%B1da-narkotik-vasit%C9%99-d%C3%B6vriyy%C9%99d%C9%99n-%C3%A7%C4%B1xar%C4%B1l%C4%B1b

