Yardımlıda arxeoloji qazıntı zamanı insana məxsus sümüklər aşkarlanıb
Yardımlının yüksək dağlıq ərazisində aparılan arxeoloji qazıntılar zamanı insan skeleti, saxsı qab fraqmentləri və ritual əşyalar üzə çıxıb. Mütəxəssislərin ilkin rəyinə görə, sümüklər gənc insana, ehtimal ki, qadına məxsusdur.Tapıntıların eramızdan əvvəl IX-X əsrlərə, Son Tunc və Erkən Dəmir dövrünə aid olduğu bildirilir. Alimlər araşdırmaların qədim tayfaların həyat tərzi və dəfn adətləri barədə yeni məlumatlar verəcəyini gözləyirlər.Qazıntılar Ögü kurqanında hələ davam edir.
url:
http://kepezfm.az/xeberler/yard%C4%B1ml%C4%B1da-arxeoloji-qaz%C4%B1nt%C4%B1-zaman%C4%B1-insana-m%C9%99xsus-s%C3%BCm%C3%BCkl%C9%99r-a%C5%9Fkarlan%C4%B1b

