Yağış yağacaq, çaylarda sululuq artacaq - Xəbərdarlıq
Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Ölkənin dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.
url:
http://kepezfm.az/xeberler/ya%C4%9F%C4%B1%C5%9F-ya%C4%9Facaq-%C3%A7aylarda-sululuq-artacaq-x%C9%99b%C9%99rdarl%C4%B1q

