Xocalının Ballıca və Xanyurdu kənd sakinləri torpaq icarəsi müqavilələri imzalayıb
Xocalının Ballıca və Xanyurdu kəndlərinin sakinləri ilə torpaqların əkin məqsədli istifadəyə verilməsinə dair icarə müqavilələri imzalanıb. İcarə müqavilələrinin müddəti birillik bitkilər və yonca üçün 2 il, çoxillik bitkilər üçün isə 5 il təşkil edir. Müraciətləri təsdiqlənmiş şəxslərdən 64 nəfər tərəfindən 8 kooperativ, 14 nəfər tərəfindən isə 4 ailə kəndli təsərrüfatı formalaşdırılıb.
url:
http://kepezfm.az/xeberler/xocal%C4%B1n%C4%B1n-ball%C4%B1ca-v%C9%99-xanyurdu-k%C9%99nd-sakinl%C9%99ri-torpaq-icar%C9%99si-m%C3%BCqavil%C9%99l%C9%99ri-imzalay%C4%B1b