Xocalıda torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır
Sabahdan Xocalının Xanabad və Təzəbinə kəndlərində torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün müraciətlərin qəbuluna başlanılır. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, müraciətlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə qəbul olunacaq və proses mayın 28-dək davam edəcək.Torpaq sahələri minimum 5 hektar olmaqla suvarılan və əkinə hazır vəziyyətdə təqdim ediləcək. İcarə müddəti isə bitki növündən asılı olaraq 2 ildən 5 ilə qədər nəzərdə tutulur.Müqavilələrin imzalanması və digər təşkilati işlər iyunun 1-dən iyulun 31-dək həyata keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/xocal%C4%B1da-torpaqlar%C4%B1n-%C9%99kin-m%C9%99qs%C9%99dli-istifad%C9%99si-%C3%BC%C3%A7%C3%BCn-m%C3%BCraci%C9%99tl%C9%99rin-q%C9%99bulu-ba%C5%9Flay%C4%B1r

