Xocalı soyqırımından 34 il ötür

Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən Xocalı soyqırımından 34 il ötür.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum nəticəsində 613 nəfər qətlə yetirilib, 1 275 sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil.1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 26 fevral – Xocalı soyqırımı günü elan olunub.Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası beynəlxalq səviyyədə davam edir.44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaldıb.Hazırda Xocalıya sakinlərin qayıdışı davam edir.Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edib. "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlardan heç vaxt silinməyəcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin"-deyə paylaşımda qeyd olunur.Dövlət və hökumət rəsmiləri Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar Bakıda "Ana harayı" abidəsini ziyarət edirlər.

url: 
http://kepezfm.az/xeberler/xocal%C4%B1-soyq%C4%B1r%C4%B1m%C4%B1ndan-34-il-%C3%B6t%C3%BCr
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik