“Xudafərin” və “Qız Qalası” hidroqovşaqları işə salınıb
İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır. Heç kim bizim aramıza girə bilməz. Bu sözləri Araz çayı üzərində inşa edilən “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində Prezident İlham Əliyev deyib. Dövlətimizin başçısı azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələri, eləcə də Naxçıvanın Azərbaycanda “yaşıl enerji” zonaları elan edildiyini, bunun bölgə üçün fayda verəcəyini deyib. Bölgənin inkişafının bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin edilməli olduğunu xüsusi vurğulayıb.
Vüsalə Cənnətova