“Sabah” baş məşqçisi ilə yollarını ayırıb
"Sabah"ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib. Musayev "Sabah"dan ayrılmaqla bağlı istəyini klub rəhbərliyinin diqqətinə çatdırıb. Baş məşqçinin istəyinə müsbət cavab verilib. 2021-ci ilin noyabrdan "Sabah"ın baş məşqçisi kimi çalışan Murad Musayevin rəhbərliyi altında komanda tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Fərid Mehdiyev