“Qəbələ” “Zirə”ni, “Qarabağ” “Neftçi”ni qəbul edəcək
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları aprelin 24-də baş tutacaq. “Qəbələ” və “Zirə” kollektivləri əyalət təmsilçisinin meydançasında üz-üzə gələcəklər.
Tofiq Bəhramov adına Respublika stadionunda isə “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Bu cütlüklər arasında baş tutan ilk oyunda “Qarabağ” “Neftçi”ni 4:0, “Zirə” isə “Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.
Vüsalə Cənnətova