“Qəbələ” - “Neftçi” matçı bir dəqiqəlik sükutla başlayıb
Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Qəbələ” - “Neftçi” matçı əvvəlcədən elan olunduğu kimi, Türkiyədə baş verən ağır zəlzələdə həyatını itirənlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Hər iki komanda meydana üzərində qardaş ölkəyə dəstək üçün “Sizinləyik, Türkiyə! Acınız, acımızdır!”, şüarı yazılan bannerlə çıxıb. Hazırda ilk hissəsi gedən oyunda hesab açılmayıb.
Vüsalə Cənnətova