“Qəbələ” – “Sabah” qarşılaşması olacaq
Bu gün Azərbaycan Premyer Liqasında 2023-cü ilin son turuna start veriləcək. 18-ci turun ilk görüşü Qəbələdə reallaşacaq. “Qəbələ” – “Sabah” oyunu saat 16-da reallaşacaq. Son üç turda rəqiblərinə 0:3 hesabı ilə məğlub olaraq turnir cədvəlində axırıncı pilləyə düşən “qırmızı-qaralar” "doğma divarlar" arasında uğursuzluğa son qoymağa çalışacaq. “Sabah”isə ilk “üçlük”dən daha da uzaq düşməmək üçün səfərdən 3 xalla dönməyi hədəfləyir.
Vüsalə Cənnətova