“Qəbələ” ilə “Kəpəz” yoxlama görüşündə qarşılaşacaqlar
Qış təlim-məşq toplanışını ölkə daxilində keçən iki komanda bu gün yoxlama görüşündə üz-üzə gələcəklər. Premyer Liqada ilk yarıdan sonra autsayderlər qrupunda qərarlaşan “Qəbələ” ilə “Kəpəz” qarşılaşacaqlar. Qəbələ şəhər stadionunda təşkil olunacaq matç saat 14-də başlayacaq. Bu, hər iki komandanın hazırlıq çərçivəsində ilk sınağı olacaq. Bölgə təmsilçiləri yanvarın 15-də ikinci yoxlama matçını keçirəcəklər. “Qəbələ” “Araz-Naxçıvan”ı, “Kəpəz” isə “İmişli”ni qəbul edəcək.
Fərid Mehdiyev