“Qarabağ”ın futbolçusu və məşqçisi cəzalandırılıblar
UEFA İntizam Komitəsi Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu ilə matçda qırmızı vərəqə alan “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev və məşqçisi Elçin Rəhmanovla bağlı qərarını açıqlayıb. Həm futbolçuya, həm də məşqçiyə 1 oyunluq cəza verilib. Həmçinin sarı vərəqə limitini dolduran Julio Romao da 1 oyunluq cəzaya məruz qalıb.
Fərid Mehdiyev