“Qarabağ”ın 3 futbolçusu Avropa Liqasının pley-off mərhələsinin rəmzi komandasına düşüb
“Qarabağ”ın 3 futbolçusu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandasına düşüb. Qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubir “11-liy”ə daxil ediliblər. “Qarabağ”ın Braqaya 4:2 hesabı ilə qalib gəldiyi matçda Abdullah Zubir 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, həm də həftənin futbolçusu adına namizəddir.
Fərid Mehdiyev