“Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarılıb
“Qarabağ” – “Olimpiakos” oyununa əlavə biletlər satışa çıxarılıb. Buna qonaq komandanın azarkeşlərinin matça gəlməməsi səbəb olub. Klublar arasında əldə olunmuş razılığa əsasən, 28-ci sektorun biletləri də satışa çıxarılıb. UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu "Qarabağ" - "Olimpiakos" görüşü bu gün saat 20:45-də başlayacaq.