“Qarabağ” və “Neftçi” klubları cərimələniblər
“Neftçi” və “Qarabağ” klubları azarkeşlərinə görə cərimələniblər. Premyer Liqanın 25-ci turunda keçirilən oyunda fanatlar rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətdikləri üçün AFFA İntizam Komitəsi hər iki komandaya 1000 manat cərimə kəsib. Bundan başqa, “Neftçi” 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, matçın ardından meydana kənar şəxslərin daxil olması ucbatından isə 800 manat cərimə olunub. Görüşdə “Qarabağ” 4:1 hesablı qələbə qazanıb.
Vüsalə Cənnətova