“Qarabağ” tarixində ilk dəfə avrokubokların 1/8 finalına yüksəlib
Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq, "Qarabağ"ın da rəqibi məlum olacaq. Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alıb. İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Yeri gəlmişkən, “Qarabağ” 1/8 final mərhələsinə vəsiqə qazanaraq, Azərbaycana UEFA reytinqində növbəti əmsalları qazandırıb. Bununla da, Azərbaycanın UEFA reytinqində cari mövsümü ən azı 27-ci pillədə başa vuracağı dəqiqləşib.
Vüsalə Cənnətova