“Qarabağ” evdə, “Qalatasaray” isə səfərdə qazanılan qələbənin təsadüf olmadığını sübut etməyə çalışacaq
UEFA Avropa Liqasının pley-off mərhələsində bu gün cavab oyunları olacaq. Rəqibini səfərdə 4:2 hesabı ilə məğlub edən “Qarabağ” Portuqaliya “Braqa”sı ilə qarşılaşacaq. Matç saat 21:45-də başlayacaq.
İstanbuldakı ilk görüşdə 3:2 hesabı ilə üstün olan "Qalatasaray" isə Çexiyada “Sparta”nın qonağı olacaq. Praqadakı qarşılaşmanın start fiti gecə saat 12-veriləcək.
Fərid Mehdiyev