“Qarabağ” dünya rekordunun bir addımlığında
Milli çempionatların yüksək liqalarında davam edən səfər matçlarındakı ən uzun qələbə seriyaları açıqlanıb. Dünya rekorduna şəriklər ardıcıl 9 səfər oyununda qalib gəlib. “Fənərbaxça” Türkiyədə, “Slovan” Slovakiyada, VPS Finlandiyada meydan sahiblərinə “divan tutmaq”dadır. “Qarabağ” isə bu rekordun bir addımlığındadır. Qurban Qurbanovun yetirmələri Premyer Liqadakı son 8 görüşdə meydan sahiblərinə aman verməyib. Uelsdə ardıcıl 8 qələbə qazanan TNS də “Qarabağ”a şərikdir.
Fərid Mehdiyev