“Milan” 10 ildən sonra qələbəyə sevinib
“Milan” 10 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qələbəyə sevinib. "Qırmızı-qaralar” ÇL-nın 1/8 final mərhələsində İngiltərə təmsilçisi “Tottenhem”i 1:0 məğlub edərək bunu bacarıb. İtaliya çempionu sonuncu dəfə 2013-cü ildə pley-offda “Barselona”dan üstün olub. Eyni zamanda, “Milan” 2012-ci ildən sonra ilk dəfə Premyer Liqa klubuna qalib gəlib.
Vəfa Şairova