“Mercedes” “Toyota”ya çırpılıb
Paytaxtın Xətai rayonunda, Yusif Səfərov və 28 May küçələrinin kəsişməsində yol qəzası baş verib. Belə ki, Sərxan Mirzəyev idarə etdiyi “Mercedes”lə yüksək sürətlə hərəkətdə olarkən, avtomobili kəsişmədə olan “Toyota”ya çırpıb. Qəza nəticəsində maşınlara ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
Nərgiz Camalzadə