“Mercedes” markalı avtomobildən 18 min manata yaxın pul oğurlanıb
Bakının Yasamal rayonunda “Mercedes” markalı avtomobildən 18 min manata yaxın pul oğurlanıb. Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri Fərid Ağayev və Hüseyn Hümbətov saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.