“Marca” “Qızıl top”u kimin qazanacağını açıqlayıb
İspaniyanın nüfuzlu “Marca” qəzeti “Qızıl top” mükafatını qazanacaq oyunçuların adlarını öncədən açıqlayıb. Belə ki, “Qızıl top”un sahibi gözlənildiyi kimi Fransa millisinin və “Real Madrid”in hücumçusu Kərim Benzema olacaq. Məşhur qapıçı Lev Yaşinin adını daşıyan “İlin qapıçısı” nominasiyasının qalibi “Real”ın “çərçivə qoruyucusu” Tibo Kurtua olacaq. “Barselona”nın yarımmüdafiəçisi Qavi ilin ən yaxşı gənc futbolçusu seçiləcək. Əlavə olaraq bildirək ki, “Qızıl top” mərasimi bu gün, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.