“Mançester Siti” bu il qazanılan xallara görə İngiltərə rekordçusudur
“Mançester Siti” 2023-cü ildə qazanılan xallara görə İngiltərə rekordçusudur. “Şəhərlilər” il ərzində Premyer Liqa oyunlarında ümumilikdə 87 xal toplamaqla buna nail olublar. 82 xalla ikinci komanda “Aston Villa”dır. İlk “üçlüy”ü ondan 1 xal az toplayan “Arsenal” qapayır. “Mançester Siti” həm də bir təqvim ilində 5 kubok qazanan ilk İngiltərə klubudur. Pep Qvardiolanın yetirmələri Premyer Liqada 18 turdan sonra 34 xalla 5-ci pillədə qərarlaşıblar.
Vüsalə Cənnətova